Fransanın Cənubi Qafqazda yenu müharibəyə hazırlaşdığı, bölgəyə sülhün gəlməsini qətiyyən istəmədiyi bu gün bir daha öz təsdiqini tapdı. Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdə Fransa prezidenti Emmanuel Makron Ermənistana hərbi dəstəyi davam etdirəcəklərini və bu ölkəyə əlavə silahlar göndərəlicəyini dedi. Bu faktın özü də dediklərimizi təstiqiləyir”
Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, bir neçə gün əvvəl Ermənistanın şərti sərhəd boyunca təxribatlar törətməsi də buna hesablanmışdı:
“Təəssüflər olsun ki, Ermənistan da Fransanın bu oyununa gedir. İrəvan dərk etmək istəmir ki, Paris onu uçuruma doğru aparır. Bu uçurumdan aşağı getmək Ermənistanın yoxluğu demək olacaq”.
Anar TAĞIYEV