Türkiyə sitrus meyvələri ixracatında son illərin rekord göstəricisinə imza atır.
Newscenter.az Ege Meyvə Tərəvəz İxracatçıları Birliyinə istinadən xəbər verir ki, bu sahədə ixracat 2023-cü ildə 1 milyard dolları keçib. Bu da 2022-ci illə müqayisədə 23 faiz artım deməkdir.
İxrac edilən sitrus məhsullarının miqdarı 2022-ci ildə 1 milyon 940 min ton olduğu halda, ötən il 1 milyon 950 min ton olub.
Ümumilikdə isə keçən il Türkiyədən 3 milyard 491 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub ki, bu göstəricinin də 32 faizini sitrus məhsulları təşkil edib.
Natiq Orucov