Qazaxıstanın Türküstan şəhərindən Səmərqəndə yeni aviareys açılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, uçuşlar Qazaq Air aviaşirkəti həyata keçirəcək. Uçuşlar bu ilin martında başlayacaq.
Türküstan-Səmərqənd marşrutu üzrə uçuşların 2024-cü il martın 15-dən açılması planlaşdırılır.
Uçuşlar həftədə iki dəfə, cümə və bazar günləri həyata keçirləcək.
Natiq Orucov