Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın gələcəyi qaranlıq olacaq

Avropanın gələcəyi qaranlıq olacaq


"Əgər hazırkı qlobal geosiyasi gərginlik davam edərsə, Avropanın gələcəyi qaranlıq olacaq. Qərbin hökmranlığı dövrü doğrudan da başa çatıb. Nəzəri cəhətdən başa düşülən olsa da, biz həmişə bu yeni reallıqdan praktiki nəticələr çıxarmamışıq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali NümayəndəsiCozef Borel səsləndirib.

Borel Yaxın Şərqdə baş verənlər, eləcə də İsrail-HƏMAS qarşıdurması barədə də danışıb. Bildirib ki, Qəzzada humanitar fəlakətin sona çatmasına kömək edə bilməsələr, eyni zamanda iki dövlətli həlli həyata keçirilməsə, bu münaqişə bütün regionu alovlandırmaq riski yaradacaq:

"Xüsusilə, Avropa üçün nəticələr bir çox cəhətdən dərin olacaq. Miqrasiya, terror, daxili gərginlik, enerji böhranı, kəsilmiş dəniz yolları və s. Biz bunu artıq Qırmızı dənizdə görürük".

Mehman Mehdiyev
Xəbəri paylaş