Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın rəhbərliyi ilə Türkiyə böyük uğurlar əldə edib-Japarov

Ərdoğanın rəhbərliyi ilə Türkiyə böyük uğurlar əldə edib-Japarov


"Rəcəb Tayyib Ərdoğanın nüfuzu və onun rəhbərliyi ilə Türkiyə beynəlxalq aləmdə mövqelərini möhkəmləndirərək böyük uğurlar əldə edib".

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, ölkə prezidenti Sadir Japarov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bunları deyib.

Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edən Japarov, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qırğızıstanın dövlət başçısı Türkiyə liderinə möhkəm cansağlığı, uzun ömür və dövlət fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb, əvvəllər əldə olunmuş razılaşmaların icrasının gedişi müzakirə edilib.

Süleyman
Xəbəri paylaş