Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstanın yeni prezidenti məlum oldu

Macarıstanın yeni prezidenti məlum oldu


Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, qanunverici orqan Konstitusiya Məhkəməsinin sədri Tamas Sulyoku ölkənin yeni prezidenti seçib.

Tamas Sulyokun prezidentliyə namizədliyi Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hakim partiya tərəfindən irəli sürülüb. 146 deputatın iştirak etdiyi səsvermədə 134 deputat Tamas Sulyoku dəstəkləyib. Müxalifət deputatları isə səsvermədə iştirak etməyiblər.

Novakın yerinə seçilən 67 yaşlı Sulyokun andiçmə mərasiminin martın 5-də keçirilməsi planlaşdırılır. Sulyokun səlahiyyət müddəti beş il olacaq və o, ikinci müddətə yenidən namizəd ola bilər.

Mehman Mehdiyev
Xəbəri paylaş