"Ermənistan rəhbərliyi arsenalında olan Rusiya istehsali zirehli texnika və artilleriya vasitələrini Ukraynaya göndərəcək. Fransanın və Hindistanın Ermənistana silah tədarükü fonunda Ermənistan Rusiya silhalarından imtina etməyi planlaşdırılır. Qərblə siyasi əlaqələrini inkişaf etdirən Yerevan Rusiyaya qarşı yeni siyasi cəbhə açıb".
Bu fikirləri Newscenter.az-a politoloq Məhəmməd Əsədullazadə Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana gözlənilən mümkün səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, məhz Ukrayna prezidenti V. Zelenskinin Ermənistana səfəri reallaşacaqsa, o, N. Paşinyandan Rusiya istehsallı silahları istəyəcək:
"Çünki, V. Zelenski Ermənistana gəlib əliboş qayıtmayacaq. Qərb də Ermənistandan Rusiya silahlarini Ukraynaya verilməsində maraqlıdır. Rusiya silahlarının Ukraynaya tədarükü reallaşsa Rusiya və Ermənistan əlaqələri kəsiləcək".
Süleyman