Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Berlin: "Fələstin hökumətinin tezliklə qurulması vacibdir"

Berlin: "Fələstin hökumətinin tezliklə qurulması vacibdir"


"Effektiv və nümayəndəli Fələstin hökumətinin tezliklə qurulması vacibdir".

Newscenter.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sosial media platforması olan X-də belə qeyd edilib.

İsrailin Qəzzaya hücumlarına diqqət çəkən Almaniya XİN, "Yalnız iki dövlətli həll Yaxın Şərqdə sülhü təmin edəcək. Bunun üçün Fələstin hökumətinin təsirli və təmsilçiliyini tez bir zamanda qurmaq vacibdir", -deyə bildirir.

Açıqlamada Məhəmməd Mustafanın Fələstin Muxtariyyətinin yeni baş naziri təyin edilməsinin yaxşı xəbər olduğu, Mustafanın Fələstinin yenilənməsi və təcili islahatların həyata keçirilməsi vəzifəsi ilə üzləşdiyi vurğulanıb.

Almaniyanın bu yolda Fələstin Muxtariyyətini dəstəklədiyi və sıx əməkdaşlıq etdikləri qeyd edilib.

Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas martın 14-də baş nazirin keçmiş müavini və Fələstin İnvestisiya Fondunun prezidenti Məhəmməd Mustafanı yeni baş nazir təyin edib.

Anar Əliyev
Xəbəri paylaş