Azərbaycanın hər bir bölgəsində vətəndaşların əl çatanlığı təmin edilməsi şərtilə mədəniyyət ocaqları inşa edilməlidir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, bir çox bölgələrdə mövcud olan mədəniyyət ocaqlarından bu və ya digər səbəblərdən istifadə qeyri-mümkündür. Bu da öz növbəsində narkomaniya və digər bu kimi mənfi hallara meyilliliyə səbəb olur".
Fazil Mustafa deyib ki, vaxt itirmədən ölkə üzrə mədəniyyət ocaqlarının inşasına başlamaq zamanııdr.
Anar Əliyev