Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Məndən biznes layihəsini dəstəkləməyimi, ona endirim etməyimi xahiş edir"

Prezident: "Məndən biznes layihəsini dəstəkləməyimi, ona endirim etməyimi xahiş edir"



"Məndən biznes layihəsini dəstəkləməyimi, ona endirim etməyimi xahiş edir. Bunun üçün dövlət orqanlarına tapşırıq verməmi xahiş edir. Bir sözlə, eyni, adi yolla getmək istəyir. Öz maraqlarını yuxarıda qoyur. başqa hər şeyi edir və şəxsi problemlərini dövlət hesabına həll etməyə çalışır”.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım–Jomart Tokayev deyib

Qazaxıstan Milli Konqresinin Atırauda keçirilən üçüncü iclasında çıxışı zamanı Tokayev qeyd edib ki, digər ölkələrin iş adamları qazax iş adamlarına nümunə olmalıdır.

"Bir çox ölkələrdə, hətta qonşu ölkələrdə böyük iş adamları dövlətə əl açmırlar. Əksinə, onlar könüllü olaraq öz vətənlərinin inkişafına külli miqdarda pul xərcləyirlər".

Prezidentin sözlərinə görə, ölkəyə rəğbət bəsləyən iş adamları az deyil:

"Belə vətəndaşlar cəmiyyət üçün lazım olan bir çox layihələrə sərmayə qoyur, xeyirxah işlərin başında dururlar. Xeyriyyəçilik və könüllü təşəbbüslərə sponsorluq edir. Dövlət başqalarına nümunə olaraq vətənpərvər vətəndaşları dəstəkləyir".

Sonda Tokayev iş adamlarına ölkədə məsciddən daha çox məktəb və xəstəxana tikməyi tövsiyə edib.

Mehman Mehdiyev
Xəbəri paylaş