Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın gerbi dəyişdiriləcək

Qazaxıstanın gerbi dəyişdiriləcək


Qazaxıstan Respublikasının dövlət gerbi dəyişdirilə bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, belə bir təkliflə prezident Kasım-Jomart Tokayev çıxış edib.

Milli Konqresin iclasında çıxışı zamanı Tokayev ölkənin gerbinin dəyişdirilməsini təklif edib. O qeyd edib ki, indiki gerbin mənasını anlamaqda çətinlik çəkdiyinə dair şikayətlər var. Lakin Qazaxıstanın bayrağını və himnini Tokayev yüksək qiymətləndirib.

“Gerblə bağlı ekspertlərin, vətəndaşların və gənclərin əsaslı arqumentləri var ki, Qazaxıstanın gerbini qəbul etmək çox çətindir. Onda eklektizm və sovet dövrünün xüsusiyyətləri var və mən hesab edirəm ki, bunu nəzərə almaq lazımdır", Tokayev bildirib.

Prezidentin sözlərinə görə, xalq razılaşarsa, bütün aspektləri nəzərdən keçirmək və ictimai müzakirələr aparmaq üçün xüsusi komissiya yaradıla bilər. Bundan sonra Qazaxıstanın yeni gerbinin ən yaxşı eskizi üçün açıq müsabiqə elan olunacaq.
Xəbəri paylaş