Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal Bakı forumu artıq mötəbər bir tədbirə çevrilməkdədir

Qlobal Bakı forumu artıq mötəbər bir tədbirə çevrilməkdədir



"Qlobal Bakı forumu artıq mötəbər bir tədbirə çevrilməkdədir. Dünya dövlətlərindən xeyli sayda mötəbər qonaq bu tədbirdə iştirak edir. Hansı ki, həmin şəxslər öz ölkələrində sözünə etibar edilən, nüfuzlu şəxslərdir. Onların Bakıda yığışaraq qlobal məsələləri müzakirə etməsi, bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini öyrənməsi, öz ölkələrində Azərbaycanın haqq işini müdafiə etməsi həm də dövlət başçısının uğurlu diapor fəaliyyətini göstərir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, Cənab prezidentin Azərbaycan - Ermənistan sülh prossesi ilə bağlı səsləndirdiyi fikirlər, ədalətli yanaşmamızla bağlı qonaqları məlumatlandırması, həmçinin Fransanın neokolanizm siyasətinin ifşası, Xurşudbanu Natəvanın heykəlinin təhqir edilməsi, dövlət başçısının həmin şəkilləri göstərərək bu vandallığı qonaqların diqqətinə çatdırması ilə biz bizə qarşı olan ədalətsiz yanaşmanı dünya ölkələrinin diqqətinə çatdırmış olduq:

"Böyük Britaniyanın Baş naziri Rişi Sunakın tədbirə göndərdiyi məktub, dünya mətbuatında bu foruma geniş yer verilməsi artıq Qlobal Bakı Forumunun dünyada əsas toplantılardan birinə çevrildiyiyini sübut edir".

Süleyman
Xəbəri paylaş