Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var

Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var


"Forumlarda keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumların digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsindən, qlobal çağırışları və onlara necə cavab verilməsini müzakirə etmək imkanından ibarətdir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Qlobal Bakı Forumu barədə danışarkən səsləndirib. Onun sözlərinə görə, bu baxımdan, Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var:

"Ümumiyyətlə isə qeyd edim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə də "Parçalanmış dünyanın bərpası" mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar".

Yusif Bağırzadənin sözlərinə görə, dünyanın 70 ölkəsindən 400-ə yaxın nümayəndənin, tanınmış siyasi, mədəniyyət, elm xadimlərinin iştirak etdiyi, 40-dən çox sabiq prezident və Baş nazirin qatıldığı Forumu əhəmiyyətli edən məqamlardan biri də Prezident İlham Əliyevin ənənəvi olaraq bu forumlarda iştirakı və iştirakçılarn çoxsaylı suallarını cavablandırmasından ibarətdir.

Süleyman
Xəbəri paylaş