Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsində uduşlu tərəf kimdir?

Rusiya-Ukrayna müharibəsində uduşlu tərəf kimdir?


Hələ də davam edən Rusiya-Ukrayna savaşından nə müharibəyə başlayan, nə də təcavüzə məruz qalan tərəf heç nə əldə etmədi. Əksinə hər iki tərəf istər canlı, istərsə də texnika baxımından ciddi itkilər verdi. Ekspertlər isə hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsindən yalnız üçüncü tərəflər uduşludur.

Newscenter.az-ın xəbərinə görə, politoloq Pərviz Əliyev deyib ki, müharibənin əsas iqtisadi və siyasi qazananı ABŞ və Çin oldu.

Onun sözlərinə görə. ABŞ ən önəmli siyasi rəqibi olan Avropanı ucuz rus qazından məhrum etdi və özündən asılı vəziyyətə salaraq iqtisadiyyatını, sənayesini çökdürdü:

"Bütün maliyyə resursları hazırda ABŞ-a köçür. Çin isə nəinki yeni satış bazarları əldə etdi, həm də Rusiya üzərində siyasi təsir imkanlarını gücləndirdi".

Politoloq deyib ki, Çinin Qərblə münasibətlərinin pisləşməsi hələ müharibədən əvvəl başlamışdı və sonrakı ziddiyyətlərin intensivləşməsi artıq qaçılmaz idi. Rusiya isə iqtisadi müharibələrin başlamasından sonra Çin, İran və Hindistan sayəsində itkilərini çox böyük dərəcədə olmasa da kompensasiya etmək imkanı tapdı. Müharibənin taleyi mütləq şəkildə döyüş meydanında həll ediləcək".

Mehman Mehdiyev
Xəbəri paylaş