Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdə "Azərbaycanı Kəşf et" layihəsinin Qala gecəsi keçirilib

Misirdə "Azərbaycanı Kəşf et" layihəsinin Qala gecəsi keçirilib


Misirin oaytaxtı Qahirə şəhərində Dr Sada Əliəşrəf təşəbbüsü ilə DAZ "Discover Azerbaijan" yəni "Azərbaycanı Kəşf et" layihəsinin Qala gecəsi keçirilib.

Newscenter.az-a layihə rəhbərinin verdiyi xəbərə görə, tədbir Misirin tarixi yerlərdən biri olan "Fahmy Palace" da baş tutub.

Bu ilki Qala Konsert və Ərəb dilində nəşr olunmuş "Heydər Əliyev 100" kitabı Ümummilli Liderimizin Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Məlumat verilib ki, "Azərbaycanı Kəşf et" müsabigəsinə 15000-ə yaxın Misirli vətəndaş qatılıb. DAZ layihəsinin şərtlərinə görə misirli vətəndaşlar:

1) Azərbaycana aid rəsm əsəri çəkmək.
2) Azərbaycana aid qısa film çəkmək.
3) Azərbaycan şairlərindən Azərbaycan dilində şeir ifa etmək.
4) Azərbaycan haqqında şeir yazmaq.
5) Azərbaycana aid əl işləri.
6) Azərbaycan musiqisi və mahnı əsərlərini ifa etməli olublar.

Müsüflər heyəti tərəfindən 150 nəfər qalib seçilib. Qaliblər hədiyyə, "Heydər Əliyev 100" kitabı və şəhadətnamə ilə mükafatlandırılıb.

Tədbirdə Azərbaycan Respublikasının Misirdəki səfiri Cənab Elxan Poluxov,Türkiyə Respublikasının Misirdəki Səfiri Cənab Salih Mutlu Şen və müşaviri, Ghana Respublikasının Misirdəki Səfiri Lt Gen Obed Boamah Akva, Özbekistan Respublikasının Misirdəki Səfirliyinin konsulu, Pakistan Islam Respublikasının Misirdəki Səfirliyinin konsulu, Misirin Tanınmış "SOİK" Kinomatoqrafiya şirkətin və məktəbin sahibi Dr Ahmed İsmayıl, BİU universitetin sahibi və rektoru Dr Hasan Çələbi, Misirin xalq artisti və United Nations Xoşməramlı Səfiri Yosra, tanınmış rəssam Professor Said Nagib, "Gələcəyin alimləri" Cəmiyyətinin sədri Dr Heba Mahmud, İnglis Krallığın "ABRSM" musiqi kollecinin Misirdəki Rektoru, Misirin Dövlət telekanalı və mediası
İştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Himni və Misiri Ərəb Respublikasının Himni ilə başladı, Art sərgi nümayiş olundu, Azərbaycan haqqında sual viktorinası keçirildi. Viktorinada qonaqlara Azərbaycan təsviri olan Çantalar, Pazellar və Ajanda hədiyyə verilmişdir.


Tədbirdə həmçinin, "Heydər Əliyev 100" kitabının təqdimatı olub. Məlumat üçün qeyd edək ki, kitabın müəllifləri İCESCO-NUN Gənc Sülh Səfiri Sandi Salem və Diasporla İş üzrə Dövlət komitəsinin Misir üzrə koordinatoru Səbinə Aydındır. Kitabda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev haqqında məlumatlar verilir.

Azərbaycanın və Misirin nüfuzlu şəxslərin Heydər Əliyev haqqında məqalələri və DAZ müsabiqəsinin qaliblərinin şəkilləri və Azərbaycan haqqında rəsmlər də kitabda nəşr olunub.

Mərasimdə qonaqlar Azərbaycan barədə çıxış ediblər, Misirli vətəndaşlar Azərbaycan şairlərindən Azərbaycan dilində şeir ifa etdilər, Sonda mmükafatlandırma mərasimi olub və iftar süfrəsi açılıb.

DAZ layihəsinin rəhbəri Dr Sada Əliəşrəf Azərbaycan - Misir arasında olan dostluq , qarşılıqlı maraq, hörmət əsasında qurulan münasibətlər və son illər bir çox sahələrdə sürətli inkişafı barədə danışıb. Bildirib ki, ona əsaslanaraq biz xaricdə yaşayan azərbaycanlı olaraq bu əlaqələri daha da inkişaf etdirməliyik.

O, DAZ layihəsinə dəstək göstərən Azərbaycanın müvafiq dövlət qurumlarına, Azərbaycan Respublikasının Misirdəki Səfiri Canab Elxan Poluxova, Türkiyə Respublikasının Misirdəki Səfiri Canab Salih Mutlu Şen, Dövlət Dil Komissiyasını yanında Monitorinq Mərkəzin Direktoru Sevinc Əliyeva, Azərbaycan ictimai xadimi, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahovaya öz dərin təşəkkürünü bildirib. O, dəvət olunan qonaqları Müqəddəs Ramazan bayramı münasibətilə təbrik və iftar süfrəsinə dəvət edib.
Süleyman
Xəbəri paylaş