Yaponiyada 5,9 maqnitudalı zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, zəlzələnin ocağı 59 km dərinlikdə yerləşib. Qeyd olunub ki, yeraltı təkanların ocağı ölkənin Hatinohe-si şəhərindən 44 km cənub-şərqdə olub.