Rusiyanın Orenburq vilayəinin Orsk şəhəriində bəndin uçması nəticəsində şəhərinn bir hissəsini su basıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində yüzlərlə evi su basıb, infrastuktura ciddi ziyan dəyib. Hadisə nəticəsində dünyasını dəyişənlərin də olduğu bildirilir və hazırda onların sayı dəqiqləşdirilir. Aparılan xilasetmə tədbirləri nəticəsində 235 nəfər müvəqqəti yaşayış yerlərinə təxliyə edilib. Onların arasında 73 uşaq var.
Qeyd edək ki, Orenburq vilayətində regional fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərmana əsasən, daşqın qurbanlarının maddi yardım almaq hüququ var. Bu, adambaşına 10 min rubl məbləğində birdəfəlik maddi yardımdır. Həmçinin maddi yardım qismən itirilən əsas əmlaka görə adambaşına 25 min rubl, əsas əmlakın tamamilə itirilməsi halında isə 50 min rubl məbləğində müəyyən edilib.
Natiq Orucov