Müasir dünya sürətlə inkişaf edir. Texnoloji vasitələrin biri yaranıb özünü tanıtmamış digəri meydana gəlir. Müsair innovasiyalar az qala kənd və şəhər anlayışını da özünə yaxın buraxmır. Belə yeniliklər sdəcə bir məkana çıxış edir və ya bir məkanda cəmləşirlər. Həmin məkan isə internetdir.
Bu gün internet məkanının əsas zonalarından biri isə sosial şəbəkələrdir. Sosial şəbəkələr artıq elə bir populyarlıq həddinə çatıb ki, bəzi ənənəvi vasitələri, xüsusilə də media vasitələrini ya kölgədə qoyur, ya da başqa formatda özündə təcəssüm etdirir. Geniş imkanlara malik sosial şəbəkələrin müsbət cəhətlərinin oluğu qədər mənfi cəhətləri də vardır. Hər şeydən öncə bu məkan sanki nəzarətsiz bir zonadır. Mövcud sosial şəbəkənin texniki qaydalarından başqa heç bir qayda-qanundan söhbət belə getməyən bu məkanda hər bir şəxs istədiyi sayda, istədiyi adla “sakin” ola bilər. Və olur da.
Nəzarətsiz məkanı isə hər kəs özününkü bilir və istədiyi formada, istədiyi kimi hərəkət edir. Amma unutmamalıyıq ki, hər bir yenilik, hər bir texnoloji vasitə insan üçün nəzərdə tutulub. İnsan isə digər yaradılışlardan ən üstünüdür və bu üstünlük insana verilən şüurdur. Sosial şəbəkədə qeydiyyat olub nəzarətsiz aləmə düşüən bəzi şüur sahibləri isə olan-qalan şüurlarını da itirilər. Şüurunu itirən insan isə özünü insan bilsə də əslində digər yaradılışlardan heç də fərqlənmir və heç bir əhəmiyyətə mailk olmayan bir yaradılşa çevrilir.
Bəs şüursuzluq nədir? Düzdür, şüur təbiətən hər bir insanda müxtəlif dərəcələrdə olur. Kimisində çox, kimisində az, kimisində normal. Ən böyük şüursuzluq isə şüurlu ola-ola şüursuzluq etməkdir. Başqa sözlə,şüursuzluq insani keyfiyyətlərin – vicdan hissinin, mədəni dəyərlərin, etikanın, şərəf və ləyaqət hissinin itirilməsidir.
Müasir günümüzdə isə belələri sosial şəbəklərdə müəyyən qədər vardır. Əslində bu qeyri-müəyyənlər heç özləri də bilmirlər nə oyuna düşüblər. Bunların çoxu da məşhur olmaq hissindən əziyyət çəkirlər və bunun üçün ucuz, ucuz olduğu qədər də iyrənc hərəkətlərdən istifadə edirlər. Söyüş, təhqir, alçaldıcı sözlərlə özünü ifadə edən bu şüursuzların adları gələndə çoxlarında ikrah hissi yaranır. Maddiyyat qarşılığında mənəviyyatını itirərək təhqir alətinə çevrilən bu şüursuzlar anti-Azərbaycan dairələrin qara piar parkında cəmləşən qara rəngli maşınkalardır. Proqram təminatı söyüş və təhqirdən ibarət olan bu maşınkalanrın yarlıqları isə onların alınlarına yapışdırılıb və oradakı “Made outside of Azerbaijan” yazısını görmək elə də çətin deyil.
Anar Şahmurad