
Rusiyanın ritorikasından, əməllərindən qaynaqlanan, Kreml üzündən yaranmış Azərbaycan-Rusiya gərginliyi səngiyir, Moskva anladı ki, Bakı ilə belə üslubda davrana, danışa bilməyəcəyək, buna görə də, geri addım atır - olsun, gərginliyin azalması yaxşıdır.
Coğrafiya bizim taleyimizdir, buna görə də, bütün qonşularla normal münasibətlər ölkəmuz üçün prioritet olmalıdır.
Əslində Bakının bir gözləntisi var - Kreml bərəbərhüquqlu, qarşılıqlı, birtərəfli yox ha, məhz qarşılıqlı hörmətə söykənən münasibətlərə öyrəşməlidir, vəssalam.
Moskva bunu nə qədər tez anlasa, qonşularla bərəbər hüqüqlara malik olduğunu tez dərk etsə, Kreml üçün bir o qədər yaxşı olar. Moska artıq cazibə mərkəzi, hegamon, coğrafiyanın ağası deyil, bir daha da olmayacaq. Rusiya bu yeni reallıqla barışıb-yaşamağı öyrənməlidir.
Çox güman, yaxın günlərdə Azərbaycan və Rusiya rəhbərləri görüşəcək, gərginlik minimuma enəcək, amma heç nə unudulmayacaq.
Natiq Cəfərli, Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri