Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Newscenter.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Mehman Mehdiyev
Xəbəri paylaş