Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

O, həm də Qafqazın Mehriban simasıdır

O, həm də Qafqazın Mehriban simasıdır


Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatında statusuna görə, nüfuzlu sima, görkəmli dövlət xadimidir.

Mehriban xanım peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində ictimai-humanitar intibah hərəkatının yeni bir səhifəsini açıb.

O, Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı, Birinci Vitse-prezident kimi ölkəmizin tərəqqisi, əhalinin sosial rifahı naminə yorulmaz əməyi ilə nümunəvi ictimai xadim obrazını yaradıb.

Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin Birinci müavini kimi fəaliyyəti də Azərbaycanın siyasi həyatında mühüm mərhələ kimi xarakterizə edilə bilər.

Birinci vitse-prezident cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Aztəminatlı ailələrə, Qarabağ qazilərinə, şəhid ailələrinə və həssas sosial qruplara xüsusi diqqət və qayğı göstərməklə onların sosial dayağına çevrilib.

Mehriban Əliyeva sülh carçısıdır. Beynəlxalq ictimaiyyət Onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.

Onun sülhpərvər missiyası müharibədən bezmiş Ermənistan sakinləri tərəfindən də təqdir olunur, Mehriban xanımın erməni analarına övladlarını nahaq yerə ölümə yollamaması ilə bağlı çağırışlarına səs verən ermənilər bu davranışları ilə Qafqazda sülhün, birgə rifah yaşayışının tərəfdarı olduqlarını nümayiş etdirirlər. Məhz bu sülhsevər təşəbbüslərinə görə, Gürcüstanın və regionun digər dövlətlərinin tanınmış alimləri, akademikləri Mehriban Əliyevanı həm də Qafqazın Mehriban Siması adlandırırlar.

Mehriban Əliyeva bu gün bölgədəki digər ölkələr arasında qan tökülməsinin dayandırılmasını, əbədi sülh naminə yorulmaz humanizmini davam etdirir. Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycanın Birinci vitse-prezidentinə ad günü münasibətilə ünvanladığı təbrik məktubunda da bu bəşəri fəaliyyətə yüksək dəyər verilir.

Mehriban xanım Cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə yorulmadan işğaldan azad edilmiş torpaqlarımızda aparılan sürətli bərpa və quruculuq işlərində yaxından iştirak edərək tarixi ərazilərimizin dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın öz zəngin tarixi simasının özünə qaytarılmasında yorulmaz fədakarlığını əsirgəmir.
Azərbaycan Onunla yeni uğur zirvələri fəth etməkdədir.

Bu əlamətdar gündə Mehriban xanımı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, dövlətimizin və xalqımızın rifah və tərəqqisi yolunda yorulmaz fədakar fəaliyyətində uğurlar arzulayıram.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş