
Türkiyənin dövlət universitetlərində qəbul planı 99 faiz dolub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar deyib.
"Dövlət universitetlərində bütün aspirantura kvotaları da daxil olmaqla, ümumi kvotaların 99%-i doldu. Dövlət universitetlərində uğurun həddi olan Tibb, Stomatologiya, Əczaçılıq və Hüquq üzrə bütün proqramlar dolub. Mühəndislik proqramlarında doluluq nisbəti 97%-i keçərkən, tədris proqramlarında doluluq 95%-ə çatıb",-deyə Erol Özvar bildirib.
O qeyd edib ki, ali təhsil sistemində başlanılan məşğulluq yönümlü transformasiya çərçivəsində namizədlər səhiyyə və kənd təsərrüfatında süni intellektə, yaşıl transformasiyaya və rəqəmsal texnologiyalara əsaslanan proqramlara böyük maraq göstərirlər.
Anar Əliyev