
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Hatay vllayətində qeydə alınıb.
Hatayda mikroavtobus tarlada aşması nəticəsində 8-i uşaq olmaqla 13 nəfər yaralanıb
İlkin məlumata görə, Hatayın mərkəzi Antakya rayonunda mikroavtobus tarlanın yaxınlığından keçərkən idarəetməni itirərək aşıb.
Məlumatın ardından hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qrupları sövq edilib.
Xəsarət alan 13 nəfər avtobusdan çıxarılaraq təcili tibbi yardım maşınlarına təhvil verilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Mehman Mehdiyev