Qazaxıstanda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az Pavlodarnews.kz-a istinadən bildirir ki, hadisə Ekibastuz vilayətində qeydə alınıb. Belə ki, toya toplaşan qonaqlar kütləvi şəkildə qidadan zəhərlənib
Pavlodar vilayətinin səhiyyə idarəsinin mətbuat xidmətinin məlumatına görə, şəhər xəstəxanasının infeksion şöbəsinə qida zəhərlənməsi və bakterial bağırsaq infeksiyası əlamətləri olan xəstələr kütləvi şəkildə müraciət ediblər. Onlarda qusma, halsızlıq, qarında ağrılar, temperatur müşahidə edilib.
Epidemioloji anamnezin toplanması zamanı onların hamısının şəhərin kafelərindən birində baş vermiş hadisənin qonağı olduğu müəyyən edilib.
Şəhər Sanitariya-Epidemioloji Nəzarət İdarəsi bildirir ki, idarə tərəfindən qida zəhərlənməsi faktı ilə bağlı Qazaxıstan Respublikasının Sahibkarlıq Məcəlləsinə uyğun olaraq restoranda plandankənar yoxlama aparılır.
Anar Əliyev