Yaponiyada əhali sayında azalma tendensiyası müşahidə edilir.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, yaponların sayının azalma tendensiyası 13 ildir davam edir.
2023-cü ilin oktyabr ayı rəqəmlərinə görə, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə düşüb.
Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb.
Qeyd edək ki, 1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalma idi. Ölkədə yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.
Mehman Mehdiyev