Rusiyada təyyarə qəzaya uğrayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Tu-22M3 təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyi təyyarənin qəzaya uğraması xəbərini təsdiqləyib. Bildirilib ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi qəzaya uğrayan zaman pilotlar hava gəmisinin kabinəsini tərk edə biliblər. Ancaq onlardan biri hələ tapılmayıb.
Qeyd olunur ki, 3 ekipaj üzvü xilasedicilər tərəfindən təxliyyə edilib, daha bir pilotun axtarışları davam etdirilir.
Departamentin məlumatına görə, Tu-22M3 ilə qəzaya ilkin olaraq texniki nasazlıq səbəb olub.
Mehman Mehdiyev