Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda yaşayan istedadlı, fəal və uğurlu gənclərlə görüşüb.
Newscenter.az Jalə Əhmədovanın Deputat Qərargahına istinadən xəbər verir ki, Salyan rayon Heydər Əliyev Mərkəzində baş tutan görüş Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunub.
Millət vəkili görüşdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, bu siyasi kursun günümüzdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, məhz bu siyasətin nəticəsində ölkəmizdə idarəetmə bacarığı ilə seçilən vətənpərvər, intellektual, dünyagörüşlü yeni nəslin yetişməsindən danışıb. Qeyd edib ki, bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır:
"Bu siyasət gənclərimizin Vətənə, dövlətçiliyə bağlı, intellektual, yüksək dünya görüşlü bir qüvvə kimi formalaşmasında mühüm rol oynayıb".
Səmimi ab-havada keçən görüş zamanı deputat gənclərimizin problemləri ilə də maraqlanıb, üzləşdikləri hər bir çətinliyin aradan qaldırılması üçün ona müraciət etmələrini bildirib. Həmçinin bir sıra mövzularla bağlı fikir mübadiləsi aparılıb gəncləri maraqlandıran suallar cavablandırılıb.
Sonda deputat görüşün təşkil edilməsində köməkliyini əsirgəməyən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə baş məsləhətçisi Şamxal Əhmədova dərin təşəkkürünü bildirib.
Süleyman