Bu il 148 müharibə veteranı birdəfəlik sosial yardım alıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Böyük Vətən müharibəsinin bütün iştirakçılarına yerli büdcələr hesabına birdəfəlik pul ödəmələri verilib.
Bu məqsədlər üçün yerli büdcələrdən ümumilikdə 187 milyon tenge ayrılıb. Bildirilib ki, bu il respublikada birdəfəlik sosial yardımın orta məbləği 1,5 milyon tenge olub. Eyni zamanda, bir çox regionlarda orta məbləğdən çox ödəniş edilib.
Anar Əliyev