Mayın 10-da Sosial Tədqiqatlar Mərkəzi ilə birgə İDDO Vahid Elektron Psixi Sağlamlıq Proqramının təqdimat mərasimi keçirilib.
Yüksək səviyyədə təşkil olunan tədbirdə deputat Jalə Əhmədova, Hicran Hüseynova, Sevil Mikayılova, İlham Məmmədov və Elşad Mirbəşiroğlu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemlərı üzrə Dövlət Komitəsi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Psixoloji Sağlamlıq Mərkəzi, Milli Paralimpiya Komitəsi, Bədən Tərbiyəsi və İdman Akademiyası, İPA akademiyanın nümayəndələri, 40-dan çox reabelitasiya mərkəzi, autizm spektrli pozuntuları olan uşaqların valideynləri iştirak edib.
Milli Məclisin deputatı Jalə Əhmədova Sosial Tədqiqatlar Mərkəzində baş tutan tədbiri açıq elan edərək qonaqları salamlayıb, direktoru olduğu İDDO Vahid Elektron Psixi Sağlamlıq Proqramı haqqında tədbir iştirakçılarına məlumat verib. İDDO proqramının autizm sahəsində bir yenilik olduğunu, bütün mərkəzlərdə proqramı tətbiq etməklə vahid baza yaratmağın vacibliyini diqqətə çatdırıb. İDDO proqramı vasitəsilə autizmli uşaqlara diaqnoz qoyulması, müalicə sahəsində mövcud olan problemləri, ən əsas məqamlardan biri kimi qeyri-peşəkarların və bu uşaqlardan kommersiya məqsədilə istifadə edən şəxslərin əməllərinin qarşısının alınmasında tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Deputat qeyd edib ki, bu sahədə vahid protokol mövcud deyil, mərkəzlərin fəaliyyəti pərakəndədir, autizimli uşaqların vahid statistikası yoxdur və uşaqlara yalnış diaqnoz qoyulur. Uşaqlar tam şəkildə analiz olunmalı, qeyri-dəqiq diaqnozların qarşısı alınmalıdır.
Proqram haqqında təqdimatda Psixoloji Sağlamlıq Mərkəzinin əməkdaşı, Amerika Psixoloqlar Assosiasiyasının üzvü, Psixi alqoritimlər nəzəriyyəsinin müəllifi Klinik Psixoloq Rövşən Nəzərli bildirib ki, proqram çərçivəsində autizimli uşaqların umumi statistikasının yaradılması və buna mərkəzləşmiş sistem vasitəsilə nail olmaq mümkündür. Eləcə də bu sahəyə nəzarətin təmin edilməsi, mərkəzlərarası əlaqələrin qurulması, elektron bazanın formalaşması, tədqiqat metodlarının formalaşmasına töhfə verilməsi, saxta psixoloqların qarşısının alınmasına nail olunması məsələlərinə toxunub.
Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək proqramın vacibliyini qeyd edib və
ailələrlə geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini bildirib:
“Autizmin ağır, orta və yüngül formaları var. Bunu televiziyalar vasitəsilə də insanlara çatdırmaq lazımdır. Ucqar kəndlərdə insanların bu barədə geniş məlumatı yoxdur, onları geniş şəkildə maarifləndirmək vacibdir. Yüngül formada olan autizmli uşaqları inklüziv təhsil vasitəsilə sağaltmaq mümkündür. İnklüziv təhsil ilə uşaq daha tez cəmiyyətə inteqrasiya olunurlar. Bu baxımdan bu gün təqdim edilən proqram vacib əhəmiyyət daşıyır”, - deyə komitə sədri bildirdi.
Milli Məclisin deputatı Sevil Mikayılova, İlham Məmmədov, Elşad Mirbəşiroğlu və digər çıxışçılar İDDO proqramının getdikcə artan autizm problemlərinə töhfə verəcəyindən əminliklərini ifadə etdilər, məsələnin aktuallığı və genofondumuzun qorunması baxımından proqramın mühüm əhəmiyyətə malik olduğunu vurğuladılar. Müasir dünyamızda kifayət qədər aktual olan belə bir məsələni gündəmə gətirdiyimizə görə minnətdarlıqlarını bildirdilər.
Süleyman