Qlobal istiləşmə bütün zamanların ən yüksək həddinə çatıb.
Newscenter.az xarici KIV-lərə istinadən bildirir ki, Leed Universiteti tərəfindən hazırlanan hesabatda insan fəaliyyətinin yaratdığı qlobal istiləşmə sürətinin hər il 0,26 dərəcə artaraq bütün zamanların ən yüksək həddinə çatdığı təsbit edilib.
Lids Universiteti tərəfindən bu il ikinci dəfə hazırlanmış və 50-dən çox beynəlxalq alimin töhfə verdiyi Qlobal İqlim Dəyişikliyi Göstəriciləri (IGCC) hesabatı Earth System Science Data (ESSD) jurnalında dərc olunub.
Hesabata görə, qlobal temperatur artımı sənayedən əvvəlki dövrlə müqayisədə 2013-2022-ci illərdə 1,14 dərəcəyə çatdıqdan sonra 2014-2023-cü illərdə 1,19 dərəcəyə yüksəlib.
Nərgiz Əzizova