Hər gün şəhərin müxtəlif ərazilərində bu mənzərəni zibil yeşiklərinin ətrafında görmək həqiqətən çox üzücüdür. 1941-1945-ci illərdə insanlar bu çörəklərin bir qırıntısına həsrət idilər.
90-cı illərin əvvəllərində isə bu çörəkləri əldə etmək üçün insanlar saatlarla növbəyə dururdular. Ümumilikdə isə bu gün dünyada milyonlarla insanlar çörək üzünə həsrətdirlər.
Bəs nə oldu? Niyə biz birdən belə israfçı millətə çevrildik? Yoxsa o çətin və ağır günləri unutduq? Etməyin dostlar!
Əziz həmvətənlər! Çalışın ehtiyacınız olan qədər qida və çörək alın, israfçılıq etməyin. Unutmayın ki israfçılıq bütün aspektlərdən günahdır. Hətta Allah-Təala Qurani-Kərimdə buyurur: “Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz” (Əraf, 31).
Ceyhun Məmmədov, Milli Məclisin deputatı