Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ŞKTR-nın TDT-yə tam hüquqlu üzv olmasını dəstəkləyir

Azərbaycan ŞKTR-nın TDT-yə tam hüquqlu üzv olmasını dəstəkləyir


Şuşada keçirdiləcək tarixi Türk Dövlətləri Təşkilatının zirvə görüşünə 2 gün qalıb. Türk dövlətləri liderlərinin Azərbaycanın və Türk dünyasının mədəniyyət mərkəzi Şuşaya toplanması tarixi bir hadisədir.

Newscenter.az xəbər verir ki, bunu politoloq Cavid Vəliyev deyib. Onun sözlərinə görə, bu günün digər əlamətdar hadisəsi odur ki, TDT-yə müşahidəçi üzv olan Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar da liderlər arasında olacaqdır:

"Bildiyiniz kimi həm zirvənin keçirdiləcəyi haqqında xəbər, həm də ŞKTR-sı prezidenti Ersin Tatarın bu zırvədə iştirakı haqqında məlumat Prezident İlham Əliyevin Azərbaycanda keçirilən seçkilərdən sonra 19 fevral tarixində Türkiyəyə səfəri zamanı açıqlandı. Ümumiyyətlə Azərbaycanın ŞKTR-nın mövqeyini beynəlxalq aləmdə gücləndirəcək addımları son dövrlərdə diqqət çəkir. Məsələn 2002-ci idə TDT-nin Səmərqənd zirvəsində ŞKTR-ı TDT-yə müşahidəçi üzv oldu və Azərbaycan tərəfi bunun üçün çox çalışdı. Hətta Prezident İlham Əliyev, ŞKTR-nın TDT-yə tam üzv olmasının Azərbaycan tərəfindən tam dəstəkləndiyini bildirdi".

Politoloq deyib ki, 2023-cü ilin oktyabr ayında Bakıda, Şimali Kipr Mədəniyyəti və Təqdimatı Günləri çərçivəsində bir sıra tədbirlər keçirildi:

"ŞKTR-nın prezidenti Ersin Tatar bu çərçivədə Bakıya səfər edərək tədbirlərdə iştirak etdi və Prezident İlham Əliyevlə görüşdü. 2024-cü ildə Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Bu səbəbdən 6 aprel tarixində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək təşəkkür etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal da bu heyətə daxil idi.

Əlbəttə, Azərbaycanın bu dəstəyi Kipr adasının gələcək statusunun müəyyənləşdirilməsi üçün davam edən diplomatik müzakirələrdə ŞKTR-nın mövqeyini gücləndirdiyi kimi beynəlxalq münasibətlərdə nüfuzunu artırır. Əlbəttə bu da Avropanın, o cümlədən Yunanıstan və Yunan Kiprinin xoşuna gəlmir və bunlar bir tərəfdən Ermənistan ilə əməkdaşlıqlarını dərinləşdirirlər, digər tərəfdən üzv olduqları beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana qarşı təzyiqlər göstərməyə çalşırlar. O biri tərəfdən isə Yunan Kiprində diplomatik əlaqələr qurulması və hətta səfirlik açılması üçün Azərbaycandan davamlı xahişlər edirlər. Lakin bu məsələdə Azərbaycanın mövqeyi qətidir və qardaş ŞKTR-na dəstəyini davam etdirməkdədir".

Cavid Vəliyev deyib ki, nəticədə Şuşada keçiriləcək TDT zirvəsində ŞKTR-nın prezidenti Ersin Tatarın dəvəti və iştirakı Azərbaycanın qardaş xalqa vermiş olduğu açıq dəsdəkdir:

"Azərbaycan ŞKTR-nın TDT-yə tam hüquqlu üzv olmasını dəstəkləyir və digər üzv dövlətlər də buna dəstək verərsə, növbəti zirvələrin birində tam hüquqlu üzvlük reallaşa bilər".

Anar Əliyev
Xəbəri paylaş