Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır

Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm  daşıyır


Prezidentin Astana səfəri və bu çərçivədə keçirilən görüşləri maraqla izlənməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə sammitində qəbul edilən “Astana Bəannaməsi” bu zirvənin əhəmiyətini, mahiyyətini bir daha ortaya qoydu.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əhəmiyyəti, Azərbaycanın bu sammitdə tutduğu yeri və rolu xüsusilə izlənir. Ölkəmiz artıq ikinci dəfədir ki, bu mötəbər tədbirə dəvət olunur. İlk dəfə dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanda keçirilən Zirvə görüşündə iştirak etmişdi. ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin sayı 9 olmuşdu. Astana görüşündə isə Belarusun da tam hüquqlu üzv kimi qəbulundan sonra bu ölkələrin sayı 10-a çatdı. Şanxay Əməkdaşlıq Təşkilatı xüsusilə son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət cəlb edir.

ŞƏT-in beynəlxalq hüquqi cəlbediciliyinin digər tərəfi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasıdır. Ölkəmiz hazırda Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə təşkilatla faydalı əməkdaşlıq edir. Onu da qeyd edim ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün terrorizm, separatizm və ekstremizmin səbəbləri, mənbələri və təzahürlərinin aradan qaldırılması qurumun fəaliyyətində prioritet kimi müəyyən edilib.

Hazırda ölkəmizin ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Azərbaycan son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Odur ki, Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycan təbii olaraq Şanxay Əməkdaşlıq Təşkilatı üçün də cəlbedici görünür.

Könül İsmayılova-MMP-nin Siyasi Şurasının və İdarə Heyətinin üzvü
Xəbəri paylaş