Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allahşükür Paşazadə: İnsanların özlərinə zərər vermələri qəbuledilməzdir

Allahşükür Paşazadə: İnsanların özlərinə zərər vermələri qəbuledilməzdir


Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Aşura mərasimlərində qan çıxartmanın, insanın özünə zərər vermənin qəbuledilməz olduğunu deyib.

Newscenter.az-ın məlumatına görə, QMİ-nin təşkil etdiyi qanvermə aksiyası zamanı jurnalistlərə danışan A.Paşazadə bildirib ki, insanlar ibadətlərini bu cür etməli deyillər:

"Belə mərasimlərdə qan çıxartmaq, özünə zərər vermək qəbuledilməzdir. İnsanlar ibadətlərini bu cür etməli deyillər",-deyə A.Paşazadə vurğulayıb.

O bildirib ki, bu cür ayinlərin yerinə qanvermə aksiyalarında fəallıq göstərmək daha məqsədəuyğundur: "Ölkəmizdə qanvermə aksiyaları keçirilir. Mən insanları belə əməllərə dəvət edirəm".

Mehman Mehdiyev
Xəbəri paylaş