Azərbaycanla sülh müqaviləsi imzalamaqdan danışan Ermənistan paralel olaraq təxribatçı, pozuculuq, sülhə mane olan hərəkətlərini də davam etdirir. Bir müddətdir ki, müxtəlif istiqamətlərdə, əsasən də Naxçıvan istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutan Ermənistan indi də hərbi təlimlərə start verib.
Newscenter.az xəbər verir ki, məlumatı hərbi ekspert Ədalət Verdiyev də təsdiqləyib. O, Ermənistanın Azərbaycana qarşı yeni təxribatlara hazırlaşdığını istisna etməyib.
Ədalət Verdiyev, "Ermənistan ordusu Azərbaycan ilə şərti dövlət sərhəddinə yazın ərazilərdə hərbi təlimlər adı altında təxribatlara hazırlaşır",-deyə vurğulayıb.
Ermənistanın Azərbaycanla şərti sərhəddə hərbi təlimlər keçirməsi ilə bağlı video ilə aşağıdakı linkdən tanış ola bilərsiniz
https://www.facebook.com/share/v/yyiiGjrZNqpu1wkT/
Anar Əliyev