Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri başa çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə lideri Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak etmək üçün getdiyi Macarıstanın paytaxtı Budapeşti tərk edib.
Prezident Ərdoğanı Ferenc Liszt Beynəlxalq Hava Limanından Macarıstanın dövlət naziri Gergely Gulyas və Türkiyənin Budapeştdəki səfiri Gülşen Karanis Ekşioğlu yola salıblar.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanla bərabər xarici işlər naziri Hakan Fidan, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da Macarıstanı tərk ediblər.
Mehman Mehdiyev