Azərbaycan-İran sərhədində 3.1 maqnitudalı zəlzələ olub.
Bu barədə Newscenter.az-a Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkan Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycan-İran sərhdində (İran ərazisində) qeydə alınıb və 26 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
Mehman Mehdiyev