Gənclər və idman nazirinin qalmaqallı müavini Mariana Vasilevanın tutduğu postdan uzaqlaşdırılması deyəsən bu qurumun rəhbərliyinin heç də ürəyincə olmayıb. Əks təqdirdə gənclər və idman naziri Fərid Qayıbov Mariana Vasilevanın işdən azad olunması barədə verilən sərəncamın mürəkkəbi qurumamış sabiq müavinlə bərabər fotosunu paylaşmazdı. Görünür cənab Qayıbov məlum fotonu paylaşmaqla məlum sərəncama qarşı olduğunu ortaya qoyur.
Gənclər və idman nazirinin paylaşımı həm də Qayıbovun kimlərə açıq meydan oxuması deməkdir. Bəlkə də gənc nazir etmilş olduğu bu hərəkətin nə dərəcədə yersiz olduğunun fərqində deyil. Yaxud, cənab Qayıbov yaxın vaxtlarda özünün də tutduğu postdan uzaqlaşdırılacağı barədə məlumatlı olduğu üçün bir növ məlum paylaşımı ilə vəzifədən kənarlaşdırılmasına indidən "səbəb" göstərir.
Anar Əliyev