
Qazaxıstan neft məhsullarının Avrasiya İqtisadi İttifaqı gömrük ərazisindən kənara ixracını qadağan edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Energetika, Daxili İşlər, Maliyyə nazirlikləri və Milli Təhlükəsizlik Komitəsinin dərc etdiyi birgə əmrdə qeyd edilir.
Bildirilir ki, 2025-ci il martın 15-dən iyunun 30-dək olan qadağa müddəti müəyyən edilib.
Məhdudiyyət üngül distillələr, aviasiya kerosini. dizel yanacağı, qaz yağı və sş aiddir.
Mehman Mehdiyev