Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan etibarlı tərəfdaş kimi öz coğrafiyasını xeyli genişləndirib

Azərbaycan etibarlı tərəfdaş kimi öz coğrafiyasını xeyli genişləndirib


"Son illərdə Azərbaycan nəinki, etibarlı tərəfdaş kimi öz mövqeyini qoruyub, o cümlədən öz coğrafiyasını xeyli genişləndirib. Azərbaycanın dürüst və etibarlı tərəfdaş olması da artıq hər kəs tərəfindən qəbul olunur. Məhz bu amil Avropanın Azərbaycanın enerji resurslarına marağını artırır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropanın enerji sistemlərində dəyişikliklərə səbəb oldu:

"Rəsmi Moskvanın enerji satışından silah kimi istifadə etməsi Avropanı həm enerji mənbələrini şaxələndirməyə və həm də etibarlı tərəfdaşlarla işləməyə məcbur etdi. Bu mərhələdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olaraq öz mövqelərini möhkəmləndirdi. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır, onların 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. Son bir il ərzində əlavə 5 ölkə Azərbaycanın təbii qaz alıcısına çevrilib".

Süleyman
Xəbəri paylaş