
Parlamentlərarası İttifaqın Assambleyasının 150-ci sessiyası çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanı qəbul edib.
Newscenter.az Özbəkistan Prezidentinin saytına istinadən xəbər verir ki, görüşün əvvəlində Sahibə Qafarova Şavkat Mirziyoyevə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb.
Görüş zamanı Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi müzakirə edilib.
İqtisadi Əməkdaşlıq İli çərçivəsində birgə görülən məhsuldar iş məmnunluqla qeyd olunub. Bildirilib ki, ticarət dövriyyəsinin həcmi artır, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq layihələri aktiv mərhələdədir. Mütəmadi olaraq mədəni-humanitar tədbirlər keçirilir.
Sazişlərin icrasına nəzarət etmək və qarşıdan gələn yüksək səviyyəli sammitlər üçün yeni təkliflər hazırlamaq üçün parlamentlər arasında sıx praktiki əməkdaşlığın və fəal mübadilələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Süleyman