
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev qlobal bazarda dəyişən vəziyyətlə bağlı müşavirə keçirib,
Newscenter.az Qazaxıstan prezidentinin rəsmi saytına istinadən bildirir ki, iclasda dünya bazarında tarif ziddiyyətləri nəticəsində enerji resurslarının və əsas malların qiymətlərinin aşağı düşməsi ilə bağlı ölkə iqtisadiyyatında mövcud vəziyyətə nəzər salınıb.
Dövlət başçısı hökumətə və yerli icra hakimiyyəti orqanlarına tədbirlər planını ən qısa müddətdə başa çatdırmağı tapşırıb. Bu iş maliyyə-iqtisadi böhran zamanı artımın və cəlb olunan investisiyaların həcminin azalmasına yönəlib.
Qasım-Jomart Tokayev bildirib ki, mövcud son dərəcə əlverişsiz vəziyyətə baxmayaraq, ölkənin iqtisadi inkişafı ilə bağlı elan etdiyi prioritetlər, o cümlədən iri infrastruktur layihələri, rəqəmsallaşma və süni intellektin inkişafı, kənd təsərrüfatının və nəqliyyat-logistika sektorunun modernləşdirilməsi təşəbbüsləri tam şəkildə həyata keçiriləcək.
Anar Əliyev