
Birləşmiş Ştatlar Moskvadakı səfirliyini ruslara viza verməyə imkan verəcək sayda diplomatla təmin etməyə hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev deyib. O bildirib ki, Rusiya və ABŞ “imkanlar pəncərəsi” açıblar.
Səfir onu da deyib ki, aprelin 10-da İstanbulda baş tutan ikitərəfli görüş zamanı Rusiya ABŞ-la məsləhətləşmələr zamanı birbaşa hava əlaqəsi məsələsi də müzakirə edilə bilər.
Qeyd edək ki, aprelin 10-da İstanbulda Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu keçiriləcək və burada bu məsələ birbaşa müzakirə olunacaq. Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək. Görüşdə tərəflər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətini müzakirə etməyi planlaşdırır.
Mehman Mehdiyev