Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan daha ədalətli yeni dünya nizamı istəyir

Azərbaycan daha ədalətli yeni dünya nizamı istəyir


“Azərbaycan həqiqətən də yeni dünya nizamnının formalaşması, onun daha ədalətli formada şəkilləndirilməsinə öz töhfələrini verir, bu və ya digər təşəbbüslərlə bu prosesin hərəkətverici qüvvəsinə çevrilir. Azərbaycanın evsahibliyi ilə keçirilən beynəlxalq konfrans və forumlar burada xüsusi əhəmiyyət kəsb edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumun əhəmiyyətindən danışarkən səsləndirib. İctimai Birlik sədri diqqətə çatdırıb ki, artıq yeddincə dəfə keçirilən bu tipli forum da getdikcə beynəlxalq bir platformaya çevrilir, hər ötən il ona olan qlobal maraq, diqqət artır:

“Bunu şərtləndirən başlıca amil isə hər forumda təkcə ölkəmizi deyil, ümumilikdə beynəlxalq aləmi düşündürən məsələlərin müzakirəyə çıxarılması, həmin müzakirələrdən irəli gələn təşəbbüslərin, təkliflərin beynəlxalq ictimaiyyətin, dünyanən güc mərkəzlərinin diqqətinə çatdırılmasıdır. Bu baxımdan dünən ADA Universitetində keçirilən forumun mövzusunun "Yeni dünya nizamına doğru" olması da təsadüfi deyildir. Həqiqətən də bu gün yeni dünya nizamına doğru bir hərəkətlənmə var. Ancaq təəssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, bu prosesdə də heç də ədalətli mövqe nümayiş etdirilmir, əksər məsələlərdə olduğu kimi ikili standartlar, ədalətsiz yanaşma ortaya qoyulur. Azərbaycan isə bu cür beynəlxalq təşəbbüslərlə həmin streotipi qırmağa, yeni dünya nizamnının daha ədalətli şəkildə bəlirlənməsinə öz töhfəsini verməyə çalışır”.
Arzuman Muradlı deyib ki, bu il foruma 80 beynəlxalq iştirakçının qatılması bu təşəbbüsün, görüşlərin getdikcə beynəlxalq platforma halına gəldiyini nümayiş etdirir:

“Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, bu kimi tədbirlər Azərbaycanın haqlı mövqeyi, Ermənistanla sülh prosesi çərçivəsində rəsmi Bakının prosesə olan münasibəti, eləcə də işğaldan azad edilmiş ərazilərdə görülən işlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətlidir. Təsadüfi deyil ki, forumda iştirak edən xarici qonaqlar azad edilmiş ərazilərə səfər etdiklərini diqqətə çatdıraraq Azərbaycanın qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı işlər gördüyünü deyir və öz imkanlarından istifadə edərək bu faktı, reallığı dünyaya çatdırırlar. Bu öz-özlüyündə Azərbaycanla Ermənistanın fərqini nümayiş etdirməklə yanaşı, həm də ölkəmizin nə dərəcədə güclü, qüdrətli və qarşısına qoyduğu hədəflərə, məqsədlərə çatmaq üçün prinsipial olduğunu göstərir”.

Süleyman
Xəbəri paylaş