Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın regional nizam modeli təklif etdiyini göstərdi

Azərbaycanın regional nizam modeli təklif etdiyini göstərdi


"ADA Universitetinin müxtəlif mövzularla bağlı keçirdiyi beynəlxaq forumlar artıq bir ənənə halını alıb və biz hər dəfə forum iştirakçılarının sayında artım müşahidə edirik. Bunun səbəbi həm forumun səviyyəsi, həm də müzakirəyə çıxarılan mövzuların aktuallığı ilə bağlıdır".

Newscenter.az xəbər verir ki, bunları deyən politoloq Yusif Bağırzadə bildirib ki, bu dəfəki konfransa rekord sayda - 80 əcnəbi iştirakçı qatılıb və onların da demək olar yarısı bu platformada ilk dəfədir iştirak edirlər:

"Konfransın mövzusu “Yeni dünya nizamına doğru” adlanırdı ki, bu da qlobal gündəmin cari vəziyyətinə tamamilə uyğun gəlir.

Forumu xüsusi olaraq əhəmiyyətli edən vacib məqamlardan biri də Cənab İlham Əliyevin ənənəvi olaraq bu tədbirlərdə iştirak etməsi və çoxsaylı sulları cavablandırması ilə bağlıdır. Prezidentin çıxışı ölkəmiz haqqında real həqiqətləri çatdırmaq və müxtəlif məsələlərə dair baxışları birinci şəxsin dilindən eşitmək baxımından xüsusi əhəmiyyət kəsb edirdi".

Politoloq qeyd edib ki, prezidentin çıxışı özündə yalnızca bölgə ölkələrinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajları ehtiva etdi:

"Ölkə başçısının çıxışında səsləndirdiyi fikirlər Ermənistanla normallaşma prosesinin cari vəziyyətini, mümkün sülh sazişinin şərtlərini və regionda gələcək əməkdaşlıq imkanlarını aydın şəkildə ortaya qoydu. Çıxışda həmçinin ölkəmizin geosiyasi prosseslərə baxışı da geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Belə demək mümkünsə cənab Prezident öz çıxışında yeni dünya nizamının hansı paradiqmalar üzərində qurulması, beynəlxalq münasibətlər sisteminə nəyi gətirəcəyi ilə bağlı olan mühüm məsələləri Azərbaycanın milli maraqları kontekstindən şərh etdi və regionumuzda mümkün yeni nizamın hansı şəkildə formalaşması ilə bağlı fikirlərini səsləndirdi".

Politoloqun sözlərinə görə, çıxışda ən çox maraq doğuran məsələlərdən biri Ermənistan-Azərbaycan arasında mümkün sülhlə bağlı məsələlər oldu:

"Prezident sülh sazişinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha diqqətə çatdıraraq “Top erməni tərəfindədir” dedi. Bu mesajı şübhəsiz ki, təkcə Ermənistana deyil, həm də bu ölkəyə hər vəchlə dəstək verən qüvvələrə, xüsusilə də Sülh sazişinin Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qala-qala imzalanmasını istəyən Qərbə ünvanlanmış mesaj kimi qəbul etmək lazımdır. Azərbaycan üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirib və artıq sazişim imzalanıb imzalanmamasının məsuliyyəti tam olaraq Ermənistanın üzərinə düşür. Prezident çıxışında regionun Ermənistanın təcavüzü səbəbindən 30 il inkişafdan məhrum olduğunu, məhz Ermənistanın işğalçı siyasətinin inteqrasiyanın qarşısını aldığını da detallı şəkildə nəzərə çatdırdı.

Prezident çıxışda həmçinin Avropa Komissiyasının Azərbaycana münasibətinə də diqqəti yönəltdi və bildirdi ki, Avropa Komissiyası nəhayət ki, dünyaya real gözlə baxmağı öyrənməlidir. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu önə çəkən dövlət başçısı bildirdi ki, ölkəmizin Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan iqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkədir. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik".

Politoloq deyib ki, prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycanın vasitəçilik etməsi ilə bağlı oldu:

"Prezident bildirdi ki, ilk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Cənab Prezident bildirdi ki, biz Türkiyə ilə qardaş və müttəfiq ölkəyik, iki ölkə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi var. İsrail isə Azərbaycan üçün dost ölkədir və qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.

Son olaraq qeyd edim ki, “Yeni dünya nizamına doğru” forum hər bir ölkənin öz təhlükəsizlik və inkişaf nizamını qurmağa çalışdığı bir vaxtda Azərbaycanın regional nizam modeli təklif etdiyini göstərdi".

Süleyman
Xəbəri paylaş