Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya okeanları bir vaxtlar yaşıl olub

Dünya okeanları bir vaxtlar yaşıl olub



Yapon alimlərinin apardığı yeni araşdırma nəticəsində məlum olub ki, Yer kürəsinin ilk çağlarında okeanlar indiki kimi mavi deyil, yaşıl olub.

Newscenter.az xəbər verir ki, tapıntılar nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.

Yer səthinin təxminən dörddə üçü su ilə örtülüdür. Buna görə də planetimiz kosmosdan baxanda “solğun mavi nöqtə” kimi təsvir olunur. Lakin tədqiqatçıların fikrincə, milyardlarla il əvvəl mənzərə tamamilə fərqli idi.

Araşdırmalara görə, bu fərqliliyin əsası okeanların kimyəvi quruluşunda və fotosintezin təkamülündə dayanır. Milyarlarla il əvvəl Yer atmosferində oksigen yox idi. Həyat yalnız okeanlardakı təkhüceyrəli orqanizmlərdən ibarət idi.

Tədqiqatçılar Yaponiya sahillərində yerləşən İvo Jima vulkanik adası ətrafındakı suların da yaşılımtıl rənglərə malik olduğunu müəyyən ediblər. Bu rəng dəmirin oksidləşmiş formalarından biri olan Fe(III)-ə aiddir.

Mehman Mehdiyev
Xəbəri paylaş