
"Bizim təkcə İsraillə deyil, regionun heç bir ölkəsi ilə münaqişə etmək niyyətimiz yoxdur. Amma Suriyanın yenidən Türkiyənin milli təhlükəsizliyini təhdid edəcək bir daxili münaqişəyə, əməliyyata, təxribata məruz qalmasını seyr edə bilmərik".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunları Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Fidan bildirib ki, İsrailin bölgədə ekspansionist taktikalardan istifadə edərək Suriyada təxribatlar yaratmağa çalışması qəbuledilməzdir:
"Suriyalıların bununla bağlı mövqeyi var. Təbii ki, Türkiyə olaraq Suriyada təkcə İsraillə deyil, bölgənin heç bir ölkəsi ilə döyüşmək fikrimiz yoxdur. Bununla belə Suriyanın daxili qarışıqlığa, əməliyyata və ya təxribata məruz qalmasına kənardan baxa bilmərik".
Fidan onu da deyib ki, İrana qarşı hərbi əməliyyat regionda qeyri-sabitliyi artırmaqdan başqa heç bir məqsədə xidmət etməyəcək.
Mehman Mehdiyev