Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp: "ABŞ İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır"

Tramp: "ABŞ İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır"


"ABŞ lazım olarsa, İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

Tramp qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun bir prosesin yalnız başlanğıcı olacaq:

"Bir az vaxtımız var. Biz onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik".

Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək və orada İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması parametrləri müzakirə ediləcək.

Ağ Evin məlumatına görə, danışıqlar birbaşa, Tehranın fikrincə isə, vasitəçilərin təşəbbüsü ilə aparılacaq.

Anar Əliyev
Xəbəri paylaş