Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

WhatsApp-dan təhlükəsizlik xəbərdarlığı

WhatsApp-dan təhlükəsizlik xəbərdarlığı


Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan WhatsApp, istifadəçilərinə təsir edə biləcək ciddi təhlükəsizlik zəifliyinə qarşı təcili yeniləmə yayımlayıb.

Newscenter.az sözügedən sosial şəbəkə platformasına istinadən xəbər verir ki, şirkət kiber hakerlərin zərərli görüntü və ya fayl vasitəsilə istifadəçi cihazlarına uzaqdan daxil ola biləcəyini açıqlayıb.

Açıqlamada sözügedən açığın yalnız Windows-un masaüstü versiyasına təsir etdiyi bildirilib.

"Spoofing" və ya "saxta yönləndirmə" adlanan bu təhlükəsizlik problemi WhatsApp vasitəsilə zərərli şəkildə hazırlanmış fayl və ya şəkil göndərməklə baş verə bilər.

Bu boşluq istifadəçi şəkli göstərmək əvəzinə faylı açdıqda zərərli kodun icrasına səbəb ola bilər ki, bu da cihazın oğurlanmasına gətirib çıxarar

Mehman Mehdiyev
Xəbəri paylaş