
Çin ABŞ-la danışıqlar təklifini rədd etməklə yanaşı, həmçinin qarşılıq olaraq, Amerika məhsullarının idxalına rüsumları qaldırıldığını bildirib. Rüsumların qaldırılması hər iki ölkə arasında təqribən üc dəfəyə çatdırılıb. Bu isə o deməkdir ki, bu istiqamətdə atılan addımlar heç də zərurəti əks etdirmir, əksinə baş verənlər sırf siyasi xarakter daşıyır.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Amerika ilə Çin arasında iqtisadi sferada yaranan gərginlyi şərh edərkən səsləndirib.
O deyib ki, Trampın Rusiyaya yaxınlaşması və ABŞ prezidentinin bu istiqamətdə yürütdüyü siyasət Çini hədəfə alıb:
"Davam edən proseslərə nəzər salsaq, görərik ki, artıq bu istiqamətdə addımlar atılmaqdadır. Əslində bu öncədən də qeyd olunurdu və bu səbəbdən demək olar ki, gözlənilən idi. Göründüyü kimi iki ölkə arasında iqtisadi münasibətlərin pozulmağa doğru meyil etçəsi hər gün artmaqdadır. Ehtimal etmək olar ki, sabit iqtisadi və ticari əlaqələr, yerini qeyri sabit qərarlara verərsə və bu belə davam edərsə, bütün bunlar yaxın gələcəkdə iki ölkə arasında ciddi siyasi krizisə yol aça bilər".
Mehman Mehdiyev